- Baxış sayı: 44
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Daş Salnamə Muzeyində 4-cü İslam həmrəyliyi oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, Bakı-2017-nin təşkilat komitəsinin sədri Mehriban Əliyeva, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər.
Bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək İslamiada bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək. Bakı-2017-nin Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasim Azərbaycan rəqsləri ilə başlayıb. Sonra ölkə başçısı tədbirdə çıxış edib.