İslamiadanın bağlanış günü tamaşaçılar elektrik qatarlardan ödənişsiz istifadə edəcək

Mayın 22-də keçiriləcək 4-cü İslam həmrəyliyi oyunlarının bağlanışına gedən tamaşaçılar üçün Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək. Allsport.az. saytı xəbər verir ki, bu barədə AzərTAc-a “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.

Axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək. Mərasim başa çatandan sonra – axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin “Koroğlu” dayanacağından Bakı sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Həmin kateqoriyadan