İsmayıl İsmayılov: Rioda qazanılacaq medallar London oyunlarından çox olmalıdır

Bu gün gecə saatlarında Azərbaycanın nümayəndə heyəti Rioya yola düşdü. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yolasalmada gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov KİV -ə açıqlama verdi. O, Rio-2016-da olimpiyaçılarımızın uğurlu çıxış edəcəyinə inandığını bildirdi :

«İdman qarşılıqlı mübarizədir. Əvvəlcədən nəsə söyləmək düzgün çıxmaz. Son illərdə göstərdiyimiz nəticələrə nəzərə alsaq, Rioda qazanılacaq medallar London oyunlarından çox olmalıdır. Mən bütün idmançılarımıza uğurlar arzulayıram. Qoy onlar öz qələbələri ilə xalqımızı bir daha sevindirsinlər».

Həmin kateqoriyadan