İspaniya ABŞ-yə 15 milyon dollar ödəyəcək

İspaniya ABŞ-yə 15 milyon dollar ödəyəcək

2026-cı il dünya çempionatının qalibi olan İspaniya millisinin uğuru ABŞ büdcəsinə də gəlir gətirəcək.

Allsport.az xəbər verir ki, İspaniya futbol federasiyası ABŞ-yə 15 milyon dollar məbləğində vergi ödəyəcək.

Məlumata görə, dünya çempionatlarının təşkilatçıları adətən ev sahibi ölkələrlə milli komandaların vergi öhdəliklərindən azad olunması barədə razılıq əldə edirlər. Lakin ABŞ hakimiyyəti İspaniya millisinin futbolçularını ölkə ərazisində gəlir əldə etmiş fərdi vergi ödəyiciləri kimi qiymətləndirib.

Xatırladaq ki, İspaniya millisi DÇ-2026-nın finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Həmin kateqoriyadan