İspaniyalı futbolçuya emosional təşəkkür – FOTO

İspaniyalı futbolçuya emosional təşəkkür – FOTO

İspaniya millisinin sabiq futbolçusu Cennifer Hermoso Borxa İqlesiasa dəstəyinə görə minnətdarlığını bildirib.

Allsport.az xəbər verir ki, Hermoso DÇ-2026 zamanı İspaniya – Fransa oyunu öncəsi “Selta”nın hücumçusu ilə görüşərək onu qucaqlayıb.

Hermoso bildirib ki, Luis Rubialeslə bağlı qalmaqal zamanı İqlesiasın açıq dəstəyi onun üçün çox dəyərli olub:

“Mənim üçün sənin bu addımın çox vacib idi”.

Luis Rubialeslə bağlı qalmaqaldan sonra İspaniya millisindən yalnız İsko və Borxa İqlesias Hermosoya açıq şəkildə dəstək vermişdi. İqlesias hətta Rubiales vəzifəsindən ayrılanadək milli komandada çıxış etməyəcəyini açıqlamışdı.

Həmçinin, aktyor Xavyer Bardem də İqlesiasın mövqeyini dəstəkləyərək İspaniya millisinin oyunlarına onun adı yazılmış forma ilə qatılır. DÇ-2026 zamanı idman televiziyasında çalışan Hermoso İngiltərə – Argentina oyunu öncəsi Cud Bellinqemlə də görüşüb.

Həmin kateqoriyadan