İtaliya millisinə rəhbərlik edə bilər

İtaliya millisinə rəhbərlik edə bilər

Andrea Pirlo İtaliya millisinin baş məşqçisi ola bilər.

Allsport.az xəbər verir ki, futbol federasiyasının texniki direktoru Paolo Maldini və onun məsləhətçisi Leonardo 47 yaşlı mütəxəssisi bu vəzifə üçün prioritet hesab edirlər.

Federasiya rəhbərliyi Pirlonun 2030-cu il dünya çempionatınadək millini yenidən lider mövqeyinə qaytara biləcəyinə əmindir.

Hazırda Xosep Qvardiola, Antonio Konte və Roberto Mançininin namizədliyi də nəzərdən keçirilir.

Xatırladaq ki, Andrea Pirlo 2025-ci ilin yayından “Dubay Yunayted”in baş məşqçisidir.

Həmin kateqoriyadan