Jayro: Kim istəyər ki, öz komandasının qapısına qol vursun?

“Neftçi”nin müdafiəçisi Jayro Premyer liqasının 9-cu turunda “Qarabağ”a qarşı keçirdikləri görüşdən (0:2) sonra fikirini bölüşüb. Allsport.az saytı xəbər verir ki, braziliyalı futbolçu növbəti məğlubiyyətə belə izah gətirib:

“Rəqibimizin güclü olduğunu hamımız yaxşı bilirdik. “Qarabağ” bu gün bütün göstəricilərdə bizi üstələdi. Biz layiqli mübarizə aparıb, ən azı bir xal qazanmağa çalışırdıq. Amma alınmadı. Azarkeşlərdən bu nəticəyə görə üzr istəyirəm Onlar bizdən daha yaxşısını tələb etməkdə haqlıdırlar.

Avtoqola gəlincə, bu istəmədən oldi. Kim arzu edər ki, öz komandasının qapısına qol vursun? Oyunun sonunda gərginlik yaşandı. Katalin Tiranın meydana daxil olan azarkeşə hücum çəkməsini haqq qazandırmıram. Amma bu vəziyyətdə məğlub komandanın futbolçularını da başa düşmək lazımdır”.

 

Həmin kateqoriyadan