Jayro: “Neftçi”dən gedəcəyim barədə xəbər doğru deyil

“Neftçi”nin müdafiəçisi Jayro mətbuatda onunla bağlı dərc olunmuş məlumata münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, braziliyalı futbolçu klubun rəsmi saytına açıqlamasında bunu deyib:

“Bu ilin sonunda “Neftçi”dən gedəcəyim xəbərini oxuyanda çox təəccübləndim. Bu məlumat həqiqəti əks etdirmir. Mən “Neftçi”dəyəm və müqaviləmin müddəti başa çatanadək burada qalacağam.

Bizim çox gözəl kollektivimiz var. Komandamızın uğurları üçün birlikdə əlimizdən gələni etməyə çalışacağıq. “Neftçi”də xoşbəxtəm”.

Həmin kateqoriyadan