Jordi Alba “Barselona”dan ayrılacağını açıqlayıb

Allsport.az xəbər verir ki, yarımmüdafiəçi sosial şəbəkələrdə video yayımlayaraq Katalan klubundan ayrıldığını bildirib. “Barselona” Alba ilə 2024-cü ilə qədər qüvvədə olan müqavilənin tərəflərin razılaşması ilə ləğv olunacağını açıqlayıb.

Jordi 2012-ci ildən Kataloniya təmsilçisində çıxış edir. Klubla 6 dəfə la liqa, 5 dəfə İspaniya kuboku və 4 dəfə İspaniya superkubokunun qalibi olub. O, həmçinin komanda ilə ÇL, Avropa super kuboku və klublararası dünya kubokunu da qazanmışdır.

O, indiyə qədər “Barselona”ya 458 dəfə meydana çıxıb. O, 19 qol vurub və 91 assistlə təmin edib.

Həmin kateqoriyadan