Jülyen Ebah: Bizə bu mövsüm daha çox xal toplamaq lazımdır

Premyer Liqasının 5-ci turunda “Kəpəz” səfərdə “Sumqayıt” ilə üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, qarşıdakı oyun öncəsi Gəncə təmsilçisinin hücumçusu Jülyen Ebah açıqlama verib:

“Məncə, “Sumqayıt” ilə oyunumuz “Zirə” matçından daha çətin olacaq. Biz bunu bilirik və mübarizəyə hazırıq. Səfər görüşündən qələbə ilə ayrılmalıyıq, bu, bizim üçün çox vacibdir. Ötən turlarda AzAL və “İnter” ilə oyunlarda itirdiyimiz xalları sığortalamaq məcburiyyətindəyik.

Yaxşı anlayırıq ki, bizə bu mövsüm daha çox xal toplamaq lazımdır. Son iki oyunda fərqlənməyim həm mənim, həm komandamın xeyrinə oldu. Əhval-ruhiyyəm artıq düzəlib, məşqçilər korpusu, futbolçular və azarkeşlər mənə böyük ümidlər bəsləyirlər. Ötən mövsümdən daha çox qol vurmaq niyyətindəyəm”.

Həmin kateqoriyadan