Jurnalistlər arasında şahmat turniri keçirilib

Jurnalistlər arasında şahmat turniri keçirilib

Bakıda jurnalistlər arasında şahmat turniri keçirilib.

Allsport.az xəbər verir ki, “Bakı 2026 – Dünyanın İdman Paytaxtı” layihəsi çərçivəsində və 22 iyul – Milli Mətbuat Günü münasibətilə təşkil olunan yarışda 14 media nümayəndəsi iştirak edib.

“AĞ AT” şahmat məktəbində baş tutan turnirdə hər birində 2 jurnalist olmaqla 7 komanda mübarizə aparıb. 7 turdan sonra Vüqar İmanovla Ayaz Qurbanovun çıxış etdiyi komanda 5 xal toplayaraq birinci yeri tutub. Qalib komandadan yarım xal geri qalan İlkin Vidadioğlu və İsrayıl Xeyrullayevin kollektivi yarışı ikinci yerdə başa vurub. İman Məcidovla Seymur Baxşıyevin komandası media turnirində üçüncü yerdə qərarlaşıb.

Sonda qalib komanda ilə ötən turnirlərin birincisi Ceyhun Əliyev arasında super oyun təşkil olunub. Ceyhun Əliyev iki partiyalıq görüşdə qələbə qazanıb.

Yarışın baş hakimi Ülkər Umudova olub.

Həmin kateqoriyadan