FİDE-nin vitse-prezidenti ola bilər

FİDE-nin vitse-prezidenti ola bilər

Rusiyanın sabiq idman naziri Pavel Kolobkov bir neçə şahmat federasiyasının onu beynəlxalq şahmat federasiyasının (FİDE) vitse-prezidentliyinə namizəd göstərməyə hazır olduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, onun sözlərinə görə, bir neçə federasiya qarşıdakı seçkilərdə vitse-prezident vəzifəsinə namizədliyini irəli sürməyi təklif edib:

“Bu, mənim üçün böyük şərəfdir. İdman naziri olduğum müddətdə şahmatın inkişafında fəal iştirak etmişəm. Rusiya şahmat federasiyasının müşahidə şurasının üzvü olmuşam, ölkəmizdə keçirilən ən böyük şahmat yarışlarının təşkilində iştirak etmişəm”.

O, idarəçiliklə yanaşı, idman sahəsində də kifayət qədər təcrübəyə malik olduğunu vurğulayıb.

FİDE rəhbərliyinə seçkilər sentyabrın 26-27-də Səmərqənddə keçiriləcək.

Həmin kateqoriyadan