- Baxış sayı: 97
- 07 Avqust 2026 11:54
- Baxış sayı: 225
- Avqust 05, 2026
- 0

Beynəlxalq şahmat federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç vəzifəsinin icrasını müvəqqəti dayandırıb.
Allsport.az xəbər verir ki, buna Avropa ittifaqının Dvorkoviçi 21-ci sanksiyalar siyahısına daxil etməsi səbəb olub.
O, qərarı qanunsuz və ədalətsiz adlandıraraq bütün mümkün hüquqi vasitələrlə ona etiraz edəcəyini bildirib.
Dvorkoviç qeyd edib ki, məhkəmənin yekun qərarınadək sanksiyalar FİDE-nin sabit fəaliyyətinə mane ola bilər. Bu səbəbdən o, təşkilatın maraqlarını nəzərə alaraq prezident səlahiyyətlərini könüllü şəkildə dərhal dayandırmaq qərarına gəlib.
FİDE-nin nizamnaməsinə əsasən, prezidentin səlahiyyətlərini müvəqqəti olaraq təşkilatın vitse-prezidenti, şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand icra edəcək.
Arkadi Dvorkoviç 2018-ci ildən FİDE-nin prezidentidir. O, 2022-ci ildə keçirilən seçkidə ikinci dəfə bu vəzifəyə seçilmişdi.