- Baxış sayı: 36
- 27 İyul 2026 11:23
- Baxış sayı: 209
- İyul 30, 2026
- 0

“Azərbaycan şahmat turu” çərçivəsində təşkil olunan “Vüqar Həşimov open 2026” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Allsport.az xəbər verir ki, “A” qrupunda 7,5 xal toplayan Tunar Davudov yarışın qalibi adını qazanıb.
Eyni xala malik Loğman Quliyev əlavə göstəricilərə görə ikinci yeri tutub. Hesabında 7 xal olan Vüqar Manafov üçüncü pillədə qərarlaşıb.
Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Rapiddə Murad İbrahimli, blitsdə isə Rüstəm Rüstəmov birinci olub.
Turnirin bağlanış mərasimində qalib və mükafatçılara medal, diplom və pul mükafatları təqdim edilib.
“Azərbaycan şahmat turu” çərçivəsində növbəti yarış sentyabrın 3-10-u aralığında keçiriləcək “Quba open” olacaq.