Qadın şahmat millisi olimpiadaya hazırlığı davam etdirir

Qadın şahmat millisi olimpiadaya hazırlığı davam etdirir

46-cı ümumdünya şahmat olimpiadasına hazırlaşan qadınlardan ibarət Azərbaycan millisi Şabranda təlim-məşq toplanışı keçib.

Allsport.az xəbər verir ki, sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək mötəbər yarışa hazırlığa komandanın kapitanı Nicat Abasov və məşqçi Qədir Hüseynov rəhbərlik edib.

Təlim-məşq toplanışından sonra milli komandanın üzvləri Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi ilə görüşüblər. Federasiyanın prezidenti Mahir Məmmədov olimpiadaya hazırlıq proqramı və şahmatçıların yarışadək iştirak edəcəyi turnirlər barədə məlumat alıb.

Qadınlardan ibarət yığmanın heyətinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova dəvət olunub.

46-cı ümumdünya şahmat olimpiadası sentyabrın 15-dən 27-dək Səmərqənddə keçiriləcək.

Həmin kateqoriyadan