FİDE Belarusa tətbiq olunan sanksiyaları ləğv etdi

FİDE Belarusa tətbiq olunan sanksiyaları ləğv etdi

Beynəlxalq şahmat federasiyası (FİDE) Belarus şahmat federasiyasına tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırıb.

Allsport.az xəbər verir ki, bu qərardan sonra Belarus şahmatçıları beynəlxalq yarışlarda yenidən ölkə bayrağı və himni altında çıxış edə biləcəklər.

Bununla yanaşı, Belarus ərazisində də FİDE-nin himayəsi altında beynəlxalq şahmat turnirlərinin keçirilməsinə icazə verilib. Ölkə təmsilçiləri komanda yarışlarında da milli simvollarla iştirak etmək hüququ qazanıblar.

Buna baxmayaraq, Rusiya şahmat federasiyasına qarşı tətbiq olunan sanksiyalar qüvvədə qalır. Buna səbəb federasiyanın idman arbitraj məhkəməsinin (KAS) Donetsk, Luqansk, Xerson, Zaporojye vilayətləri və Krımda fəaliyyətini dayandırmaqla bağlı tələbini yerinə yetirməməsi göstərilir.

Həmin kateqoriyadan