“Şamaxı open”nın qalibləri müəyyənləşib

“Şamaxı open”nın qalibləri müəyyənləşib

“Azərbaycan şahmat turu” çərçivəsində təşkil olunan “Şamaxı open 2026” beynəlxalq şahmat festivalına yekun vurulub.

Allsport.az xəbər verir ki, qrupunda 9 oyundan 8 xal toplayan Əhməd Əhmədzadə birinci yeri tutub. Hərəyə 7 xalı olan Vüqar Manafovla Xəzər Babazadə 2-3-cü yerləri bölüşdürüblər.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Xəzər Babazadə rapid, Tunar Davudov isə blitsdə birincilik əldə edib.

Bağlanış mərasimində qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Yarışın qalibi 5 000 manat qazanıb.

Turnirdə ümumilikdə 107 şahmatçı mübarizə aparıb. “Azərbaycan şahmat turu” çərçivəsində növbəti yarış “Vüqar Həşimov open” olacaq.

Həmin kateqoriyadan