Kəmaləddin Heydərov mükafatlandırıldı

Azərbaycan taekvondo federasiyasının prezidenti Kəmaləddin Heydərov Koreya Respublikasının mədəniyyət, idman və turizm nazirliyinin mükafatına layiq görülüb

Allsport.az xəbər verir ki, Azərbaycan taekvondo federasiyasının prezidenti Kəmaləddin Heydərov sentyabrın 13-də dünya taekvondo federasiyasının prezidenti Çunqvon Çu ilə videokonfrans formatında görüşüb.
Görüşdə çıxış edən Azərbaycan taekvondo federasiyasının prezidenti Kəmaləddin Heydərov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Bütün digər sahələrdə olduğu kimi, ölkəmizdə idmanın da sürətli inkişafının möhkəm bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Həmin kateqoriyadan