- Baxış sayı: 50
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Bu gün Premyer Liqada 4-cü tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub. “Kəpəz” Gəncədə “Zirə”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb (2:0).
Gəncə təmsilçisi cari mövsümdə ilk dəfə 3 xala sevinib. Turun qapanış matçında “Sumqayıt” doğma meydanda “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda qələbəni paytax təmsilçisi bayram edib – 2:1.