“Kəpəz” Premyer Liqa üçün 21 futbolçu sifariş etdi

“Kəpəz” Premeyr Liqanın yeni mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasında təqdim edib. Allsport.az xəbər verir ki, gəncəlilərin sifariş vərəqəsində 21 futbolçunun adı yer alıb.

Onlardan ikisi qapıçı, altısı müdafiəçi, doqquzu yarımmüdafiəçi, dördü isə hücumçudur.

Qapıçılar: Tadas Simatis, Eyyub Əliyev;

Müdafiəçilər: Azad Kərimov, Tural Nərimanov, Məhərrəm Hüseynov, Tural Axundov, Tərlan Quliyev, Şəhriyar Əliyev;

Yarımmüdafiəçilər: Dario da Silva, Junior Osvaldo, Ceyhun Cavadov, Xəzər Qəribov, Elvin Cəbrayıllı, Murad Ağakişiyev, Budaq Nəsirov, Şəhriyar Rəhimov, Kərim Diniyev;

Hücumçular: Aleksandr Sıtnik, Tural Rzayev, Ziyabil Məhəmmədov, Bəxtiyar Soltanov.

Baş məşqçi: Şahin Diniyev.

Həmin kateqoriyadan