“Kəpəz”in “Sumqayıt”la matçının vaxtı dəyişdirildi

Təlim-məşq toplanışını Bakıda davam etdirən “Kəpəz”in “Sumqayıt”la keçirəcəyi yoxlama oyununun vaxtı dəyişdirilib. Allsport.az xəbər verir ki, klublar arasında qarşılıqlı razılığa əsasən komandalar öncədən deyildiyi kimi iyulun 4-də yox, bir gün sonra qarşılaşacaqlar. Görüşün başlama saatı isə dəyişilməz qalıb. Matç saat 18:00-da start götürəcək.

Xatırladaq ki, ölkə paytaxtında “Kəpəz” 3 yoxlama oyununda qüvvəsini sınayacaq. “Sumqayıt”la matçdan sonra “sarı-göylər” ayın 7-də AZAL-la oynayacaq. Bu oyunun da başlama saatı eynidir. Şahin Diniyevin yetirmələri son yoxlama görüşünü iyulun 10-da keçirəcək. “Kəpəz”in rəqibi 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması olacaq. Qarşılaşmanın start fiti saat 11:00-da veriləcək.

Hər üç oyun “Dalğa Arena”da keçiriləcək.

Həmin kateqoriyadan