Kərim Benzema “Real”da qalacaq

Allsport.az xəbəbr verir ki, bundan əvvəl 35 yaşlı hücumçunun Səudiyyə Ərəbistanının “Əl İttihad” komandasına keçməyə yaxın olduğu bildirilmişdi.

Kərim bir mövsüm Madrid klubunda qalacaq. İlin qalan hissəsini müqavilə əsasında işləmək istəyir. Qeyd olunur ki, oyunçu maraq göstərdikləri üçün Səudiyyə Ərəbistanı təmsilçilərinə minnətdardır. Lakin o, Madrid klubunu hələ tərk etmək istəmir.

Benzema avropada möhtəşəm mövsüm keçirmək üçün hələ kifayət qədər gücünün olduğunu düşünür. “Real”la əvvəlki müzakirələrdə müqavilənin daha da uzadılması istisna edilmirdi.

Bununla yanaşı, fransalı etiraf edir ki, gələcəkdə Səudiyyə Ərəbistanına köçəcək.

Həmin kateqoriyadan