Kamran Ağayev “Sumqayıt”a keçir?

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev yeni kluba keçməyə yaxındır. Allsport.az saytı xəbər verir ki, qolkiper hazırda “Sumqayıt”ın düşərgəsində məşq edir.

Böyük ehtimalla o, yeni mövsümə də məhz bu klubda başlayacaq. Özünə başqa iş yeri tapa bilməyən qapıçı çempionatın startına iki gün qalmış sumqayıtlılarla müqavilə bağlayacaq.

Qeyd edək ki, son mövsümü “İnter”də keçirən Kamran Ağayev Türkiyə klublarından birinə keçməyə hazırlaşsa da, istəyi baş tutmayıb.

Həmin kateqoriyadan