- Baxış sayı: 45
- 17 Sentyabr 2026 19:19
- Baxış sayı: 74
- Sentyabr 17, 2026
- 0
Türkiyə Kubokunun 1/8 finalında “Beşiktaş”ı mübarizədən kənarlaşdıran “Kayserispor”un qapıçısı Kamran Ağayev ilk oyununda azarkeşlərin rəğbətini qazanıb. Allsport.az хəbər verir ki, matçdan sonra sevincli azarkeşlərdən biri millimizin qapıçısına yaxınlaşıb.
Ağayev təhlükəsizlik xidmətinin gəncə basqısını gördükdə isə onu qucaqlayaraq əlcəklərini hədiyyə edib. Qolkiperin bu hərəkəti futbolsevərlər tərəfindən müsbət qarşılanıb.