- Baxış sayı: 56
- 23 Avqust 2026 21:29

- Baxış sayı: 299
- Avqust 20, 2026
- 0


Almaniya millisinin sabiq qapıçısı Oliver Kan FIFA-ya istehzalı çağırış edib.
Allsport.az xəbər verir ki, əfsanəvi qolkiper bu fikri ABŞ millisinin hücumçusu Folarin Baloqunun 2026-cı il dünya çempionatında aldığı qırmızı vərəqə ilə bağlı cəzanın ləğv edilməsindən sonra səsləndirib.
Kan sosial şəbəkə hesabında bildirib ki, əgər futbol tarixini yenidən yazmaq qərarı verilibsə, o zaman 2002-ci il dünya çempionatının yarımfinalında Mixael Ballakın aldığı sarı vərəqə də ləğv edilməlidir. O qeyd edib ki, həmin xəbərdarlıq səbəbindən Ballak finalı buraxmışdı. Sabiq qapıçı istehza ilə əlavə edib ki, bu halda Almaniya – Braziliya finalını da yenidən keçirmək olar.
2002-ci il dünya çempionatının finalında Almaniya millisi Braziliyaya 0:2 hesabı ilə məğlub olmuşdu.