“Kimyaçılar” Antalyada hansı klublarla yoldaşlıq oyunu keçirəcək?

Sabah təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq “Sumqayıt”, qonşu ölkədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Allsport.az saytı xəbər verir ki, komandamız yanvarın 13-də “İsgəndərbəy” klubu ilə qarşılaşcaq. 7-qat Albaniya çempionu hazırda milli çempionatda 32 xalla 3-cü pillədə qərarlaşıb.
“Kimyaçılar” növbəti yoldaşlıq  matçını ayın 16-da keçirəcək, Özbəkistan klubu “Nasaf”la üz-üzə gələcək. 30 yaşlı klub son mövsüm ölkə çepionatını 3-cü sırada başa vurub.
Komandamız Antalyada son sınaq görüşünə yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau”ya qarşı çıxacaq. Adı çəkilən klub hazırda yerli çempionatda 8-ci yerdədir.

Həmin kateqoriyadan