“Kimyagərlər” “Bakı”ya divan tutdu

Topaz Premyer Liqasının 3-cü və 4-cü dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt” bu gündən etibarən təlim-məşq toplanışına yığışıb. Allsport.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda sabahdan etibarən gündə iki dəfə olmaqla məşqlərini “Kapital Bank Arena”da keçirəcək.

Təlim-məşq toplanışı çərçivəsində “Sumqayıt” bu gün ilk yoxlama oyununu keçirib. Doğma meydanda “Bakı” ilə üz-üzə gələn komanda qarşılaşmadan 5:1 hesablı üstünlüklə ayrılıb. Bu qarşılaşmada Məhəmməd Qurbanov dubl edib, digər qolları isə Orxan Əliyev, Tofiq Mikayılov və Budaq Nəsirov vurub. “Bakı”dan yeganə qolu isə Nuran Qurbanov vurub.

“Sumqayıt” hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu yanvarın 17-də “Kapital Bank Arena”da AZAL-a qarşı keçirəcək. Həmin qarşılaşma saat 16:00-da start götürəcək.

Həmin kateqoriyadan