“Kimyagərlər”in Boluda 5-ci günü

Xəbər verdiyimiz kimi, 2 həftəlik Boluya təlim-məşq toplanışına yollanan “Sumqayıt” hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, komanda ötən gün 1 məşqlə kifayətlənib.

Yerli vaxtla saat 18:00-da start götürən hazırlıq prosesində baş məşqçi Samir Abasov taktiki çalışmalara üstünlük verib. Bir gün öncə “Al Khaleej” klubu ilə yoxlama matçında zədələnən Mikayıl Rəhimov məşqdə iştirak etməyib.

Bu gün Türkiyədə “Sumqayıt” 2 məşq əsnasında günü tamamlayacaq. Komanda saat 10:30 və 18:00-da meydana çıxacaq.

Həmin kateqoriyadan