Kiprin baş məşqçisi iddialı danışdı: “Azərbaycanla oyunda məqsəd qələbə qazanmaqadır”

Kipr millisinin baş məşqçisi Yohan Valem millətlər liqasının qrup mərhələsinin II turunda sabah Azərbaycan yığmasına qarşı keçiriləcəkləri matç barədə fikirlərini bildirib. Allsport.az xəbər verir ki, o, oyun öncəsi mətbuat konfransında qələbə qazanmaq istədiklərini söyləyib:

“Monteneqroya məğlubiyyətə (0:2) baxmayaraq, komandada Azərbaycan qarşısında bizə kömək edə biləcək bəzi pozitiv məqamlar gördüm. Bizi fərqli oyun gözləyir. Rəqibə hörmət edirik. Ancaq məqsədimiz qələbə qazanmaqdır və bunun üçün mübarizə aparacağıq.

Nəticədən asılı olmayaraq, bir gələcək qururuq. Ancaq futbolda həmişə qələbə üçün meydana çıxırsız və bu, alınırsa, daha sonra da sizə kömək edir. Komanda olaraq vaxta ehtiyacımız var, oyun fəlsəfəsi, mentalitet cəhətdən böyüməyə çalışırıq”.

Sabah keçiriləcək Kipr – Azərbaycan matçının start fiti 22:45-də səslənəcək.

Həmin kateqoriyadan