Kişi taekvondo millisində məşqçi dəyişikliyi! Avropa oyunlarına yerli çalışdırıcılarla…

Kişi taekvondoçulardan ibarət millidə baş məşqçi dəyişikliyi olub. Allsport.az saytı xəbər verir ki, bizimkilər Krakov-2023 Avropa oyunlarına Məmməd Abdullayev və Rəşad Məmmədovun rəhbərliyi ilə yollanacaq. Başqa sözlə, komanda müvəqqəti olaraq gənclərdən və yeniyetmələrdən ibarət millilərin çalışdırıcılarına həvalə edilib. Onlar iranlı baş məşqçi Rza Mehmandost və böyük məşqçi Elnur Amanovu əvəzləyəcəklər.

Qadınlardan ibarət yığma isə oyunlarda dayanq üzərinə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında çıxacaq. Azərbaycan Polşada 8 taekvondoçu ilə təmsil olunacaq: Səyyad Dadaşov (54 kq), Qaşım Məhəmmədov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq).

Komandaya ümumi rəhbərliyi ATF-in vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Polşada ədaləti bizdən beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva qoruyacaq. Avropa oyunlarında taekvondo yarışları iyunun 23-26-sında keçiriləcək.

Həmin kateqoriyadan