“Kişinin ağlaması məncə normaldır”

Allsport.az xəbər verir ki, ÇSKA-nın qapıçısı İqor Akinfeyev həyatı boyu onu kövrəldən məqamlardan danışıb:

“İlk övladım dünyaya gəldiksən sonra hisslərim? Göz yaşı tökdüm. Mən həyatda sentimental insanam. Məsələn, çempionluğu qazana bilməyəndə. Altı-yeddi il qalib gələ bilmədik. 2013-cü ildə “Kuban”la 0:0 hesabı ilə heç-heçə edəndə qazona yıxılıb ağlamışdım. Başa düşdüm ki, bir növ tarixdən, çətinliklərdən keçirəm. Tək mən yox, həm də komandam. Biz bunu bacardıq, çempion olduq və mən yenə ağladım.

Duyğularımı ifadə edirəm, düşündüyümü deyirəm. Mən həmişə başqa insanlara rəğbət bəsləyirəm. Bir problem, bəla varsa, bu məni ağlada bilər. Düşünürəm ki, bu, emosiyaların normal təzahürüdür. Kişinin ağlaması məncə normaldır”.

Həmin kateqoriyadan