- Baxış sayı: 43
- 03 Avqust 2026 23:33
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0
Ukrayna çempionatında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – “Metallurq” da növbəti matçına çıxıb.
Zaporojye klubu doğma meydanda Kiyev “Dinamo”su ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvünün adı bu görüşün də 18-liyində yer almayıb.
Qeyd edək ki, “Metallurq” geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.