Komitə sədrinin qələbə şərhi

“Paralimpiya oyunlarında mübarizəyə qoşulan ilk idmançımız Pərvin Məmmədov bürünc medal qazandı və idmançımızın çıxışı çox gözəl alındı”.

Allsport.az xəbər verir ki, bunu milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov pauerliftinqçi Pərvin Məmmədovun (49 kq) Tokio-2020 yay paralimpiya oyunlarında bürünc medal qazanması barədə danışarkən deyib.

O, paralimpiyaçımız ölkəmizi layiqincə təmsil etdiyini bildirib: “Komandamızın ilk üzvü ölkəmizə medal qazandırdığı üçün sevincimizin həddi-hüdudu yoxdur. Ümid edirik ki, medalların həm əyar, həm də say üzrə davamı gələcək. Hamını təbrik edirəm. Bundan sonra bizdən yeni qələbələr gözləyin və var gücünüzlə dəstəkləyin”.

Tokio-2020-də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI yay paralimpiya oyunları sentyabrın 5-dək davam edəcək.

Həmin kateqoriyadan