Koreya son dünya çempionunu qrupda saxladı, İsveç 1/8 finala darmadağınla çıxdı

Bu gün Rusiya-2018 Dünya Kubokunda 3-cü turda “F” qrupunda “Qazan arena”da bu yarışda çətin anlar yaşayan Almaniya millisi Koreya futbolçuları ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, dünya çempionunun hücumlarına baxmayaraq, yaxşı müdafiə olunan asiyalılar əlavə olunmuş dəqiqədə 2 qol vuraraq iddialı rəqibi qrupda saxlayıb.

Eyni vaxtda “Yekaterinburq arena”da İsveç yığması Meksikanın qapısından 3 cavabsız top keçirərək, bu komanda ilə birgə 1/8 mərhələyə adlayıb

1.İsveç – 6 xal, 2.Meksika – 6, 3.Koreya – 3, 4.Almaniya – 3.

Həmin kateqoriyadan