Krakov-2023-ə vəsiqə uğrunda

Aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə 3-cüI Avropa oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri start götürəcək. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək mübarizədə Azərbaycan millisi də vəsiqələr uğrunda gücünü yoxlayacaq.

Yarışda baş məşqçi Rza Mehmandostun rəhbərliyi altında Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Ələsgər Əliyev (80 kq) və Həmidrza Bədriəliabadi (+87 kq) qüvvəsini sınayacaq. Turnirdə hər çəki dərəcəsinin qalibi Krakov-2023-də iştirak hüququ qazanacaq.

Bu gün Rumıniyaya yollanan komandamız aprelin 10-da Bakıya qayıdacaq. Sözü gedən tədbirə artıq 7 taekvondoçumuzun iştirakı təsdiqlənib. Reytinqə əsasən, Qaşım Məhəmmədov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-ə vəsiqə əldə ediblər.

Avropa oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.

Həmin kateqoriyadan