Krivotsyukun klubu səfərdə məğlub oldu

Millimizin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) Polşa çempionatında 17-ci tur oyununa çıxıb.

Allsport.az xəbər verir ki, Varşava təmsilçisi səfərdə “Stal”la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Stal” – “Visla” (Plotsk) – 2:1
Qollar: 
Romaşieviç, 22-pen (1:0), Mak, 45+2 (2:0), Kolar, 90 (2:1)

A.Krivotsyuk sözügedən görüşdə start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.  O, 43-cü dəqiqədə sarı vərəqə alıb.

“Visla” hazırda turnir cədvəlində 18 komanda arasında 3 xalla 17-cidir.

Həmin kateqoriyadan