- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0
Millimizin basketbolçusu Zaur Paşayevin formasını geyindiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında bu gün növbəti matça çıxıb.
Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» doğma divarlar arasında «Batumi»ni qəbul edib. Gərgin keçən görüşdə həmyerlimizin komandası 91:97 hesabı ilə məğlub olub.
Bu qarşılaşmada da Zaur Paşayev ən yaxşılardan olub. O, 21 xal qazanıb, 5 ötürmə verib, 6 götürmə edib. 8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 15 xalla 2-cü sıradadır.