“La Rioja” nəşri Azərbaycan olimpiyaçılarının uğurundan yazıb

İspaniyada nəşr olunan “La Rioja” qəzetində Rio-2016-nın nəticələrinə dair geniş məqalə dərc olunub. Allsport.az saytının məlumatına görə, yazıda Azərbaycan olimpiyaçılarının uğurlarına xüsusi diqqət ayrılıb.

Deyilir ki, Azərbaycanda idmanın inkişafına xüsusi diqqət göstərilir və məhz bu anlamda idmançı sayına nisbətdə qazanılan medalların sayı təqdirəlayiqdir: “Azərbaycanın olimpiadada iştirak edən 56 idmançısından 18-i evə medalla qayıdıb, bu, böyük uğurdur”.

Həmin kateqoriyadan