- Baxış sayı: 13
- 07 May 2026 12:03
- Baxış sayı: 72
- May 06, 2026
- 0

“Səbail”dən ayrılan Orxan Qurbanlı karyerasını Latviyada davam etdirəcək. Allsport.az xəbər verir ki, 25 yaşlı müdafiəçi “Ventspils” klubuna keçib.
O, yeni klubu ilə 2-illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, həmyerlimiz mövsümün sonuna qədər Moldovanın “Dinamo-Avto” klubunda icarə əsasında çıxış edəcək.
“Neftçi”nin yetirməsi 2016-cı ildə Latviyanın digər klubu “Dauqavpils”də çıxış etmişdi.