“Legiya”nın baş məşqçisi Mahirdən narazılığı bildirib

Baş məşqçi Aleksandar Vukoviç, “Legiya”dan ayrılmaq istəyən millininin futbolçusu Mahir Əmrəli barədə fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, serbiyalı mütəxəssis 25 yaşlı hücumçunu anlamaqda çətinlik çəkdiyini söyləyib:

“Ötən ay Mahirlə söhbətdən sonra, onun barədə məndə müsbət təəssürat yarandığını demişdim. Yanvarda görüşməyə razılaşmışdıq. İndiki vəziyyət və yanaşmasında dəyişiklik məcbur edir ki, belə fikrə gələk: bu, necə oyunçudur, əvvəlcə yanvardan məşqlərə qatılmağa və heyətdə yer uğrunda mübarizəyə hazır olduğunu bildirir, sonra isə mövqeyini tamamilə dəyişir?!.

O, ilk məşqimizə və tibbi baxışa gəlmədi. Birləşmiş Ərəb Əmirliklərinə birgə uçmamışıq. Mənim üçün komandada kimin oynayıb-oynamayacağı önəmlidir. Kim “Legiya”da olmaq istəmirsə, bunu mümkün qədər tez öyrənməyə üstünlük verirəm. Söhbət təkcə Mahirdən yox, istənilən oyunçudan gedir. Məsələni aydınlaşdırmaq üçün belə edirəm”.

Xatırladaq ki, futbolçumuz azarkeşlərə arasında yaşanan qalmaqaldan sonra, qış təlim-məşq toplanışına qoşulmayaraq, klubla müqaviləsini pozmaq istəyilə vəkillərinə müraciət edib.

Həmin kateqoriyadan