Leonardo Bonuççi karyerasını bitirəcək

Allsport.az xəbər verir ki, “Yuventus”un futbolçusu Leonardo Bonuççi 2024-cü ilin yayında karyerasını başa vuracağını açıqlayıb.

“Gələn il oynamağı dayandırdığım zaman İtalya futbolunda müdafiədən oyun tərzi başa çatacaq. Ümid edirəm ki, gələcəkdə Baresi, Maldini, Nesta, Kannavaro kimi bir çox müdafiəçilər bizi kumir hesab edəcəklər. Bu o demək olacaq ki, biz çox şey əldə etmişik və futbola çox şey vermişik. 

Uşaq ikən, top dalınca qaçanda “Yuventus”un formasını geyinməyi xəyal edirdim. Buna 500 dəfə nail olmaq klubun tarixinə düşmək deməkdir”.

Bonuççinin Turin təmsilçisi ilə müqaviləsi 2023/24 mövsümünün sonuna qədər qüvvədədir. 

Həmin kateqoriyadan