Messi “Barselona”ya qayıtsa, Ronaldudan 8 dəfə az qazanacaq

PSJ ilə müqaviləsi başa çatan Lionel Messi hələ də klubu ilə müqaviləsini yeniləməyib və onun gələn il keçmiş klubu “Barselona”nın formasını geyinəcəyi iddia edilir.

Allsport.az xəbər verir ki,  Argentinalı ulduzun uşaqlıq klubundan telefon zəngi gözlədiyi danışılarkən, maliyyə çətinliyi yaşayan “Barselona” Messiyə ödəyə biləcəyi illik maaşı təyin etdi.

Klub ulduza ildə 25 milyon avro təklif edir. Əgər o, “Barselona”ya qayıtmağa razı olsa, rəqibinin “Əl Nəssr”dən aldığı maaşdan 8 dəfə az alacaq. 

Portuqaliyalı ulduz Səudiyyə Ərəbistanında hər il 200 milyon avro qazanır.

Həmin kateqoriyadan