- Baxış sayı: 65
- 28 Mart 2024 14:23
- Baxış sayı: 71
- Mart 28, 2024
- 0
Daha bir gənc futbolçumuz karyerasını ölkə xaricində davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, “Qəbələ”nin 18 yaşlı futbolçusu Kamran Quliyev Litvanın “Jonava” klubuna transfer olunub. Onunla 2,5 illik müqavilə bağlanılıb.
Digər gənc oyunçularımız kimi, Kamranın da bu transferi məhz bu yöndəki fəaliyyəti ilə tanınan menecer Vaqif Heydərlinin səyi nəticəsində gerçəkləşib.
“Jonava” Litva çempionatının 1-ci divizionunda mübarizə aparır. Komanda 19 turdan sonra 14 xalla 8 komanda arasında sonuncudur.