Lyuk Holts: “Azərbaycan məni təəccübləndirmədi”

Millətlər liqasının 1-ci turunda səfərdə Azərbaycana qalib gələn (2:1) Lüksemburqun çalışdırıcısı Lyuk Holts fikirini bölüşüb. Allsport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Qələbəyə layiq idik. Çünki startdan sona qədər meydanda dominant tərəf idik. Açığı, ilk məşqdən sonra belə yaxşı performans göstərəcəyimizə inanmırdıq. Son iki məşq məndə ümid yaratmışdı. Rəqib qırmızı vərəqə aldıqdan sonra tam müdafiəyə çəkildi. Bu da işimizə yaradı. Azərbaycanın oyununa təəccüblənmədim.

Azərbaycanın yeni baş məşqçisi var. 4-4-2 taktiki sxemi ilə oynayacaqlarını ehtimal edirdik. Futbolçularımdan razıyam. Xüsusilə də, hesabda geri düşdükdən sonra yaxşı çıxış etdik. Qrupda Çernoqoriyanı favorit sayıram. Digər komandaların imkanlarını bərabər qiymətləndirirəm.”.

Həmin kateqoriyadan