Məhəmməd Adıyev: Azərbaycana qalib gəlmək istəyirik

Millətlər liqasında rəqiblərdən olan Qazaxıstan yığmasının yeni baş məşqçisi Məhəmməd Adıyev komandamızla görüşdən söz açıb. Allsport.az saytı xəbər verir ki, 45 yaşlı mütəxəssis ilk oyunu Azərbaycanla evdə keçirəcəklərindən məmnunluğunu ifadə edib: 

“Bizim rəqiblərimiz zəif deyil. Ona görə maksimum səy göstərəcəyik. Bu, vacibdir. Məndən döyüşən, mübarizə aparan bir heyət gözləyirlər. Mən rəqabətə davamlı komanda yaratmalıyam. Biz qalib gəlmək istəyirik.

Mən böyük, səs-küylü bəyanatların, vədlərin tərəfdarı deyiləm.  Amma hər oyuna qələbə üçün çıxacağıq. İlk matçımızı evdə oynamağımız çox yaxşı olacaq. Amma yenə də buna xüsusi diqqət vermirəm”.

Qazaxısta millisi “C” liqasının 3-cü qrupunda ilk görüşünü evdə Azərbaycana qarşı keçirəcək. Matç iyunun 3-ü Bakı vaxtı ilə saat 18:00-da başlyacaq. 

Həmin kateqoriyadan