“Mən Sankt-Peterbura aşiq oldum”

Allsport.az xəbər verir ki, “Zenit”in müdafiəçisi Mario Fernandes Sankt-Peterburqdaki həyatı haqda danışıb:

“Etiraf edirəm ki, Sankt-Peterburq məni çox təəccübləndirdi. Ondan əvvəl, əslində, mən onu tanımırdım, burada vaxt keçirmək imkanım yox idi. SSKA ilə gəlib, oynayıb getmişdik. İndi burada yaşamağa başlayandan sonra bu şəhərin necə gözəl olduğunu kəşf etdim!

İnanılmaz memarlıq, o qədər çox park və yer var ki, gəlib burada sadəcə vaxt keçirə bilərsiniz. Bütün bunlar mənə çox təsir etdi. Deyə bilərəm ki, mən Sankt-Peterbura aşiq oldum və burada yaşamaqdan böyük həzz alıram.

Həmin kateqoriyadan