Mərakeş azarkeşlərindən Fransaya psixoloji təzyiq

Mərakeş azarkeşlərindən Fransaya psixoloji təzyiq

Mərakeş millisinin azarkeşləri DÇ-2026-nın 1/4 finalında Fransa ilə oyun öncəsi rəqib komandanın qaldığı otelin qarşısında səs-küy salıblar.

Allsport.az xəbər verir ki,hadisə Boston şəhərində baş verib.

Mərakeşli fanatlar Fransa millisinin qaldığı otelin yaxınlığında fişənglər atıb, baraban çalıb və mahnılar oxuyublar.

Səs-küydən yalnız otelin qonaqları deyil, yaxınlıqdakı evlərin sakinləri də narazılıq edib. Nəticədə Fransa millisinin təhlükəsizlik əməkdaşları azarkeşlərdən ərazini tərk etmələrini istəyiblər.

Komandalar bu gün Foksboroda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Həmin kateqoriyadan