- Baxış sayı: 37
- 03 Avqust 2026 23:33
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Çexiya – İngiltərə oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.
İyunun 12-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək “B” qrupunun matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.