Macarıstan millisinin üzvü “Neftçi”də

Macarıstan millisinin üzvü “Neftçi”də

Allsport.az xəbər verir ki, Bakı təmsilçisi ZTE klubunda çıxış edən Alen Şkribeki transfer edib. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə “2+1” illik müqavilə imzalanıb.

O, yalnız Macarıstan klublarında çıxış edib. 2026/27 mövsümündə ölkə çempionatının ilk 3 turunda komandasının heyətində meydana çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ötən mövsüm ZTE-nin heyətində 37 oyunda 11 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Hər mövqedə oynamağı bacaran Alen yarımmüdafiənin mərkəzində və “10 nömrə” mövqeyində çıxış edə bilir. Hər iki ayağından istifadə edən oyunçu sağ və sol cinah yarımmüdafiəçisi kimi də oynayır.

Macarıstanlı futbolçu 2023/24 mövsümündə “Pakş”ın heyətində ölkə kubokunun qalibi olub.

Şkribek 2021-2022-ci illərdə Macarıstanın U-21 millisində 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan