Mahir Əmrəlinin komanda yoldaşları xorvatları 1/2 finala çıxardı

Bu gün Qətərdə dünya çempionatının 1/4 finalına start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun gününə mundualın əsas favoritlərindən sayılan Braziliya millisi Xorvatiya ilə qarşılaşıb.

Pentakampeonlar ilk hissəni sönük keçirsələr də, 2-ci yarıda “damalılar”ı bütünlüklə öz meydanlarına sıxışdırıb. Amma qol əlavə vaxtın ilk 15 dəqiqəsində vurulub. Neymar güc-bəla ilə rəqibin beton müdafiəsini yarıb, fərdi ustalığı sayəsində fərqlənib.

Xorvatiya seçməsi 117-ci dəqiqədə əks-hücumda oyun boyu ilk dəqiq zərbəni qola çeviriblər. Millinin hücumçusu Mahir Əmrəlinin Zaqreb “Dinamo”sunda komanda yoldaşı Dominik Livakoviç penaltilərdə də qurtarış edərək, komandasını yarımfinala daşıyıb.

“Damalılar”da Bruno PetkoviçMislav Orşiç də azərbaycanlı futbolçu ilə bir heyətdədir.

Həmin kateqoriyadan